XİN başsağlığı verdi
16 Mart 2025, 14:11
Qaynar xətt:
(+99450) 247 90 86SİYASƏT
641
23.01.2025, 12:39
ABŞ prezidenti Donald Trampın Rusiya prezidenti Vladimir Putinə Ukraynada müharibəni bitirməklə bağlı son çağırışı şok effekti yaratsa da, diplomatik dəhlizlərdə gizli danışıqların aparıldığı haqda məlumatlar yayılıb.
OXU24.COM xəbər verir ki, qlobal kəşfiyyat məlumatları üzrə ixtisaslaşmış “Intelligence Online” (IO) nəşri Trampın andiçmə mərasimindən daha öncə ABŞ və Rusiya arasında gizli təmas xəttinin qurulduğunu yazır.
Tramp gizli təmas xətti ilə Putinə “Əsas prioritet Ukrayna müharibəsinə son qoymaqdır” mesajını çatdırıb. Bununla yanaşı, hər iki lider Trampın inauqurasiyasından bir ay sonra – fevral ayında müharibənin bitirilməsi məqsədilə zirvə görüşü keçirmək üçün anlaşıb. İddialara görə, Tramp Zelenskiyə sülh üçün “ağrılı resept” təqdim edəcək.
Kəşfiyyat mənbələri Tramp və Putinin gizli təmas xətti ilə danışdığını bildirir. Bu görüşdən sonra Tramp Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloq və milli təhlükəsizlik üzrə müşaviri Mayk Valsa “müharibəni bir ayın içində bitirin” təlimatı verib. Kelloqun rusiyalı həmkarları ilə ötən ay Parisdə müzakirələr apardığı, hətta Kiyevdə siyasi hadisələrin mümkün inkişafına hazırlıq məqsədilə Ukraynanın keçmiş baş naziri Yuliya Timoşenko ilə də görüşdüyü haqda məlumatlar var.
Həmçinin oxuyun
Kəşfiyyat mənbələri Trampın “bütün ssenarilərə hazır olduğu”nu bildirir. ABŞ prezidenti bir tərəfdən sülh üçün gizli kanallarla müzakirələri davam etdirir, digər tərəfdən “Avropanın mümkün müharibəyə hazırlıq vəziyyətini” araşdırır.
Məlumatlara görə, ABŞ Xüsusi Qüvvələr Komandanlığı Rusiya hərbi kəşfiyyatı (QRU) ilə sülh müzakirələrinin texniki tərəfini hazırlamaq istiqamətində işləyir. Bununla yanaşı, QRU Fransa, Türkiyə, Qazaxıstan və Serbiyada Ukraynalı həmkarları ilə sülh müzakirələrini aparır. Hətta Birləşmiş Ərəb Əmirliklərində keçirilən görüşdə tərəflər arasında böhran yaşandığı da deyilir.
Kəşfiyyat mənbələrinə görə, gizli təmaslarda iştirak edən şəxslərin Tramp-Putin zirvəsindən öncə - qarşıdakı həftələrdə Vaşinqtonda yerləşən, Ağ Evin yaxınlığındakı “The Mayflower Hotel”də görüşəcəyi gözlənilir.
19:10 / 16 Mart 2025
Onlar da Baş Prokurorluğun İstintaq İdarəsinə çağırıldılar - Video
4
19:08 / 16 Mart 2025
Roma Papası müraciət edib
4
19:07 / 16 Mart 2025
Türkiyə və ABŞ prezidentləri telefonla danışıb
6
17:32 / 16 Mart 2025
"Kahı"nın içərisindən narkotik çıxdı
45
17:22 / 16 Mart 2025
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
42
16:40 / 16 Mart 2025
Güllələrlə zarafat edən HƏRBÇİLƏR: Onlar haqqında İNANILMAZ HƏQİQƏTLƏR... - VİDEO
353
16:20 / 16 Mart 2025
Qonaq getdikləri evdə 3 yaşlı uşağı “tok” vurdu
60
16:03 / 16 Mart 2025
"Hizbullah"ın iki üzvünü öldürülüb
67
14:29 / 16 Mart 2025
SON DƏQİQƏ! Rusiyadan yüksək vəzifəli şəxslər Bakıya gəldi
462
14:11 / 16 Mart 2025
XİN başsağlığı verdi
91
14:05 / 16 Mart 2025
SON DƏQİQƏ! Əhaliyə xəbərdarlıq edildi
307
14:02 / 16 Mart 2025
Husilərdən ABŞ-ın Yəmənə hücumuna reaksiya: "Cavabsız qalmayacaq!"
91
13:59 / 16 Mart 2025
24 yaşlı şəxsin meyiti aşkarlanıb
91
13:34 / 16 Mart 2025
Müdafiə Nazirliyi açıqlama yaydı
418
13:32 / 16 Mart 2025
Sabah isti olacaq
83
13:10 / 16 Mart 2025
DYP səhhətində ciddi problemlər olan sürücülərə müraciət edib
93
13:01 / 16 Mart 2025
Bakıda faciə: Ölən var
98
12:00 / 16 Mart 2025
Məhşur müğəninin 98 minlik ev bazarlığı GÜNDƏM OLDU - VİDEO
127
11:39 / 16 Mart 2025
Lənkəranskinin dostunun qardaşını GÜLLƏLƏDİLƏR - ANBAAN VİDEO
126
11:20 / 16 Mart 2025
Rusiyada yanğın
112
11:05 / 16 Mart 2025
Putin bunu etməli olacaq - Britaniya Baş naziri
111
10:23 / 16 Mart 2025
Qabil Məmmədov bu tarixdə Bakıda olmalıdır — Baş Prokurorluq televiziya vasitəsi ilə xəbərdarlıq yaydı
2483
09:52 / 16 Mart 2025
Əri Aysunu belə cəzalandırır - yeni qalmaqal
1317
09:50 / 16 Mart 2025
Özgüvən sahibi necə olmaq olar?
117
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.